Gəmiçilik əməkdaşları üçün növbəti təlim təşkil edib

215

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti,Mətbuat xidmətinin məlumatı.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC əməkdaşları üçün növbəti təlim təşkil edib.  Uzun illər dənizdə çalışan kapitan Titos Giannakakisin təlimçiliyi ilə baş tutan bu dəfəki  məşğələ “TKİSIN effektiv tətbiqi və DPA tələbləri” mövzusuna həsr olunub.

İnteraktiv formada keçən təlimdə əmniyyətli idarəetmə sistemi barədə iştirakçılara ətraflı məlumat verilib. Beynəlxalq gəmiçilikdə  sahildə təhlükəsizliyə cavabdeh şəxslərə (DPA) dair mövcud  təcrübələr öyrədilib.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Təhlükəsiz İdarəetmə Məcəlləsinə əməl etmək barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC öhdəlik götürüb. Bu məcəllədə əmniyyətli idarəetmə sisteminin tətbiqi vacib sayılır. Çünki, ancaq sözügedən sistemdən istifadə etməklə, yüksək keyfiyyətli əmək, sağlamlıq və təhlükəsizlik standartlarına nail olmaq mümkündür.

Xatırladaq ki, bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək  insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.