Rauf Əsgərov, “Advanced Geo Solutions” şirkətinin Dəniz əməliyyatları üzrə meneceri
– “Advanced Geo Solutions” şirkəti “CIBS-2017” sərgisində debüt edir. Biz hidroqrafik, geodeziya və digər mühəndis-ölçü avadanlıqlarının geniş çeşidini, eləcə də şirkətin hidroqrafik araşdırmalar üzrə xidmətlərini, xüsusilə də dəniz dibinin “3D” formatlı lazer çəkilişi, yerüstü çəkilişin tam spektrini (topoqrafiya və geodeziya), tikintiyə nəzarət və digər xidmətləri təqdim edirik.
Bizim stenddə tərəfdaşlarımızın, əsasən də mühəndislik araşdırmaları üçün kiçikölçülü gəmilərin tikintisi ilə məşğul olan “DutchWorkboats” (Niderland Krallığı) gəmiqayırma şirkətinin məhsulları barədə ətraflı məlumat verilir. Şirkətin məhsulları arasında kiçikölçülü hidroqrafik kater, kiçikölçülü liman konteyner gəmisi, 6,5 metrlik kompakt uzunluqdan başlayaraq, uzunluğu 10-15 metrədək olan böyük gəmilərə qədər, 2,3 sinfinə uyğun olan və 60-200 mil məsafədə açıq dənizə çıxan müxtəlif modifikasiyalı gəmilər yer alır. Bu dəniz texnikası gəmiləri müşayiət etmək üçün losman kateri kimi və axtarış-xilasetmə işləri üçün operativ cavab tədbirləri katerləri kimi, eləcə də personalın daşınması və başqa məqsədlərlə istifadə oluna bilər.
Bundan başqa, “Advanced Geo Solutions” şirkəti “Faro”, “Teledyne” və Avropa və Amerikanın digər aparıcı nəzarət-ölçü cihazları brendlərinin Xəzəryanı regiondakı təmsilçisidir və istənilən növ video-çəkilişlər üçün kompleks avadanlıqların təchizatını həyata keçirir.
Bizə məhsul və xidmətlərimizi lazımı şəkildə təqdim etmək imkanı yaradan bu möhtəşəm “CIBS-2017” sərgisinin iştirakçıları arasında olmaqdan çox məmnunuq və burada yeni əlaqələr qurmağa, tərəfdaşlar qazanmağa və sifarişlər almağa ümid edirik. Dəniz və yerüstü infrastrukturların inkişafı, layihələndirilməsi və modernləşdirilməsi ilə məşğul olan dövlət departamentləri və özəl şirkətlərin nümayəndələrini öz stendimizdə görmək istərdik.