İkitərəfli əməkdaşlıq üçün yeni imkanlar

194

Viktor Dovqan, Ukraynanın infrastruktur nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini

– “TransCaspian/Translogistica 2017” sərgisində iştirak Ukrayna üçün çox vacibdir – biz bu regionda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq, belə ki, Ukrayna və Azərbaycan Transxəzər nəqliyyat dəhlizinin əsas iştirakı ölkələridir. Buna görə də, sərgidə iştirak edən müəssisələrə tərəfimizdən verilən dövlət dəstəyiUkrayna İnfrastruktur Nazirliyi üçün prioritetdir.

Sərgi çərçivəsində “Ukrayna Dəmir Yolları” ASC, yol tikintisi sahəsində avadanlıqların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış nəhəng maşınqayırma müəssisəsi – “Kremençuk “Kredmaş” yol maşınları zavodu” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün bərə tikinti layihələrini hazırlamış Odessa Dəniz Mühəndisliyi Bürosu kimi təşkilat və şirkətlər iştirak edir. Beləliklə, Ukrayna bu sərgiyə nəqliyyat sahəsində fəaliyyət göstərən müxtəlif özəl və dövlət şirkətlərinin nümayəndələri ilə təmsil olunur. Biz arzu edirik ki, bu sərgi vasitəsi ilə iki ölkənin biznes nümayəndələri ünsiyyət quraraq əməkdaşlıq imkanları yaratsınlar.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə səmərəli görüş, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə ölkələrimiz arasında tranzitin inkişaf etdirilməsi ilə əlaqədar aparılan danışıqlar, habelə “TRACECA” katibliyi ilə aparılan görüş mənim üçün böyük əhəmiyyət kəsb edir.