Dövlət Dəniz Administrasiyasında“Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı dənizçilər arasında maarifləndirmə tədbiri keçilib 

768

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

 Maarifləndirmə tədbiri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016 – 2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 2017-ci il iş planına uyğun olaraq keçirilib.

Tədbirdə Dövlət Dəniz Administrasiyasının rəsmi internet səhifəsindən rahat və düzgün istifadə qaydaları izah olundu. Dənizçilərə, Dövlət Dəniz Administrasiyasının rəsmi internet səhifəsində göstərilən və daim işlək olan 17 elektron xidmət barədə məlumat verildi. Bütün xidmətlərin elektron hökumət portalına inteqrasiya olunması və real vaxt üzrə işləməsi diqqətə çatdırıldı.


Maarifləndiurmə tədbirində, hökumət portalından isifadə edərək qeydiyyatdan keçən iştirakçılar elektron imza və istifadəçi adını əldə etmə qaydalarından yararlandılar.
Daha sonra iştirakçılar Administrasiyanın rəsmi internet səhifəsinə daxil olaraq aidiyyatı sualları ünvanlamaq üçün saytda daim aktiv olan “Bizimlə Əlaqə” bölməsinin real istifadə imkanları ilə yaxından tanış oldular.
Maraqlı müzakirələrlə davam edən maarifləndirmə tədbirində bütün suallar ətraflı cavablandırıldı.