ABŞ HDQ silahlanmaya yeni katerlər qəbul edəcək – VİDEO

798
ABŞ-ın “Textron Marine and Land Systems” şirkəti Hərbi Dəniz Qüvvləri üçün “Ship to Shore Connector” (SSC) tipli katerlərin sınaqdan keçirilməsinə başlanıb.

 “Warspot” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ HDQ-nin Hərbi Dəniz İnstitutunun saytına məlumat yerləşdirilib.

Yenin LCAC 100 desant gəmiləri xarici görünüşünə görə LCAC gəmilərindən çox da fərqlənmir. Buna baxmayaraq, yeni katerdə əhəmiyyətli dəyişiklilər də var. Məsələn, gəmidə yeni olan hava döşəkcələrini fərqləndirmək olar.

LCAC 100 gəmiləri 4 yerinə 2 mühərriklə təchiz olunacaq. Buna baxmayaraq gəminin surət və yük qaldırma bacarığı artıb. O cümlədən ekipaj üzvlərinin sayı da 5-dən 4-ə endirilib. Gəmidə avtomatlaşdırmanın effektivliyi isə artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır