“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun Real TV-yə müsahibəsi

835
Taleh Ziyadov: “May ayına qədər digər terminalların açılışı nəzərdə tutulub”

2040-cı ilə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına 50 milyard dollar dəyərində vəsaitin cəlb olunması nəzərdə tutulub.

Bunu Real TV-yə müsahibəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

O bildirib ki, bu proqnoza əsasən 60 min bilavasitə, 120 min ətraf müəssisələr sayəsində əlavə işçinin cəlb olunması nəzərdə tutulur.

“İri yüklü nəqliyyat vasitələri artıq Yeni Bakı limanından hərəkət edir. Nəzərdə tutulub ki, may ayına qədər digər terminalların açılışı olsun. Bundan başqa, limanda 500 min konteyner yük aşırma qabiliyyətinə çatdırmaq nəzərdə tutulub”, – deyə Taleh Ziyadov bildirib.

Qurumun baş direktoru ticarət limanının niyə məhz Ələtdə seçildiyinin səbəbini də açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır