İran Xəzər dənizi sahilində yeni liman istifadəyə verib

866

İran Xəzər dənizi sahilindəki Ənzəli Azad İqtisadi Zonasında yeni liman istifadəyə verilib.

DenizXeber.az AZƏRTAC-a istinadən verdiyi məlumata görə, yeni liman ildə 15 milyon ton yük ötürmə qabiliyyətinə malikdir. Limanın fəaliyyətində müasir texnologiyalardan istifadə olunacaq.

Limanin istifadəyə verilməsi İranın Azərbaycan və digər Xəzər sahili ölkələrlə iqtisadi əlaqələrinin inkişafına təkan verəcək.

Yeni limanın açılışı mərasimində İran Prezidenti Həsən Ruhani iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır