Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinin tərkibinə daxil olan “Zenit Ural zavodu” ASC “Köqerşin-450” və “Köqerşin-650” adlı yeni katerlərin inşasına başlayıb.
Bu barədə “AzeriDefence” yə “Zenit Ural zavodu”nun marketinq şöbəsindən məlumat verilib.
Bildirilib ki, yeni katerlər gəmi parkında yer alan istismar müddəti başa çatan katerləri əvəz edəcək. “Köqerşin-450” və “Köqerşin-650” katerlərinin əsas təyinatı dövlət ərazi sularının və Xəzər dənizinin Qazaxıstan sektorundakı dövlət sərhədinin mühafizəsi zamanı sərhəd pozucularının tutulmasıdır.
6 heyəti daşımaq qabiliyyətində olan “Köqerşin-450” katerinin uzunluğu 4.5 metr eni 2,3 metr təşkil edir. 8 nəfər yerləşdirilə bilən “Köqerşin-650” katerinin uzunluğu 6.74 metr, eni isə 2.4 metrdir. Katerlər həm gündüz həm də gecə vaxtı fəaliyyət göstərə biləcək. Mütəxəssislərin sözlərinə görə, katerlərin istehsalı zamanı müasir gəmiqayırma təcrübəsinin tələbləri və şərtləri nəzərə alınıb. Katerlərin hazırlanmasında yüksək keyfiyyətli materiallar, mexanizmlər, qurğu və avadanlıqlardan, həmçinin etibarlı və qoruma xüsusiyyətləri ilə xarakterizə olunan vasitələrdən də istifadə olunur.
“Köqerşin-450” və “Köqerşin-650” katerlərinin inşası başa çatdıqdan və bütün test yoxlamalarından sonra, mülki təyinatlı “Kepter-450”, “Kepter-650” adlı yeni katerlər hazırlanaq xarici bazarlara çıxarılacaq. Sifarişçinin istəyinə uyğun olaraq yeni katerlər axtarış-xilasetmə, su hövzələrinin mühafizəsi, balıqçılıq, daşınmalar və s. işlər üçün konfiqurasiya ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır