Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxdı

679

Qazaxıstanın senatı  ABŞ-ın Xəzər dənizindəki Aktau və Kurık istifadə etməsinə icazə verən sazişi ratifikasiya edib. Sənədə görə, sözgedən limanlardan ABŞ hərbi yükünün Əfqanıstana daşınması məqsədilə istifadə olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Vestnik Kafqaza” məlumat yayıb.

Məlumata görə, Qazaxıstan marşrutu, ABŞ-ın təchizat xəttinin keçdiyi Pakistanda vəziyyətin qeyri-sabit olması ilə əlaqədar  seçilib.

Bu barədə müvafiq protokol hələ 21 sentyabr 2017-ci ildə Nyu-Yorkda imzalanıb. Aktau limanından yüklərin daşınması üçün tranzit məntəqə qismində istifadə ilə bağlı ABŞ və Qazaxıstan hökumətləri arasında danışıqlar 2013-cü ildən bəri davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır