“Titanik”də naharın menyusu 140 min dollara satılıb – FOTO

485

Batmış gəmi “Titanik”də ilk naharın menyusu İngiltərədə keçirilən hərracda 100 min funt sterlin (140 min dollar) satılıb.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, menyunu Böyük Britaniyadan olan kolleksiyaçı alıb, onun adı açıqlanmır.

Naharda ət və ya toyuq şorbası, qızardılmış toyuq, əsas xörək kimi ispanaqlı quzu, qaynanmış kartof verilib. Çərəz olaraq sıyıq, armud və kofe qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır