Son illər Azərbaycan Dövlət Dəniz Akademiyasında aparılan çoxsaylı islahatların, yeniliklərin hər biri tələbəmərkəzli, tələbəyönümlü olmaqla Akademiya gənclərinin hərtərəfli inkişafına yönəlmişdir.
Akademiyada fəaliyyətə başladığı ilk gündən tələbələrin problemləri ilə yaxından maraqlanıb onlara hər cür şərait yaradan, hər bir tələbəyə xüsusi qayğı göstərən rektor Ç.Əliyevin 20 apreldə tələbələrlə olan görüşü bu yöndə atılan növbəti addım oldu.
Akademiya tarixində ilk olan bu görüşdə məqsəd burda təhsil alan hər bir tələbə-gəncin istər təhsil, istərsə də sosial problemini öyrənmək, onların istək və arzularını, təkliflərini dinləmək idi.
“Açıq mikrofon” görüşündə Akademiyanın hər qrupdan ən fəal tələbə-gənclər, tələbə təşkilat rəhbərləri və üzvləri iştirak etdilər.
Tələbələr yüksək fəallıq göstərərək akademiya rəhbərinə tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında suallarla müraciət etdilər. Həm yazılı, həm də şifahi formada ünvanlanan çoxsaylı sualları cavablandıran rektor tələbələrə öz məsləhət və tövsiyələrini verərək bir çox problemlərə elə yerindəcə aydınlıq gətirdi.
Bütün tələbələr hər bir sualı böyük səbr və təmkinlə dinləyərək ətraflı cavablandıran akademiya rəhbərinə yaratdığı hər cür şərait və imkanlara görə öz minnətdarlıqlarını bildirdilər.
Sonda belə görüşlərin əhəmiyyətindən danışan Ç.Əliyev bu addımın ənənəvi olaraq ildə bir neçə dəfə atılacağına söz verdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır