Çinin sualtı planerindən yeni dünya rekordu: Mariana çökəkliyinin dibinə endi…

651

Çin mərkəzi televiziyasına istinadən bildirir ki, Çinin sualtı planeri rekord dərinliyə enib: qurğu Mariana çökəkliyinə – 8213 metr dərinliyə qədər baş vurub.

Sualtı planerlərin dərinliyə enmə ekspermentləri “Syanxuan-18” elmi gəmisində aparılıb. Gəmi bazar günü Dövlət okeanologiya idarəsinin baza limanına qayıdıb. Bu ekspermentdə 31 sualtı aparat iştirak edib. Onlar 18 dəfə dərinliyə baş vurublar və bir enmə yeni dünya rekordu qırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır