“Ölüm nuru”: Hərbi xərclər SSRİ-nin dağılmasına təsir göstərdi?

846

“Sevmaş” istehsalat birliyinin gəmiqayırma kompleksi aşağı istehsal gücünə baxmayaraq, ABŞ-ın atom aviadaşıyıcılarının seriya tikintisini aparan “Newport News” limanından bir dəfə yarım böyük sahəyə (300 ha) malikdir.

Bu məqalə ərazinin rasional istifadəsi haqqında deyil. Böyük ərazi ehtimal olunan zərəri aradan qaldırmaq məqsədi daşıyır: yaxınlıqdakı emalatxanalardan biri məhv edildikdə, digəri işə davam edə bilsin. Sənaye səpələnməsi, eləcə də Sovet İttifaqının strateji əhəmiyyətli müəssisələrin tikintisi üçün şəhərlərin seçilməsi müharibə dövrünün standartları ilə müəyyən edilirdi. Yəni müharibənin başlanacağı vəziyyət mütləq nəzərə alınırdı.

Geniş ölkənin hər tərəfində inşa edilən hərbi obyektlər içində iki əsas nüvə sualtı gəmi tikintisi zavodundan (Komsomol-Amurdakı ZLK və “Sevmaş”, indi isə Amur SSZ adlandırılan) əlavə Nijni Novqorodda “Krasnoe Sormovo” zavodunun bazasında üçüncü atom sualtı gəmiqayırma kompleks quruldu. Dünya təcrübəsində unikal bir vəziyyət hesab oluna bilər: ən yaxın dənizdən 1500 km məsafədə ilk dəfə böyük bir tərsanə yaradıldı. Tam hazır 100 metr uzunluğundakı korpuslar Volqadakı qapalı doklardan Marinsk su sisteminə və ordan isə Belomorsk-Baltik kanalı vasitəsilə Ağ dənizə çıxarılırdı. Burada ilk reaktorun fəaliyyətə başlaması həyata keçirilir və qayıq öz hesabına Şimali Donanmasındakı xidmət yerinə göndərilirdi.

Əgər sovet makaronlarının kalibrinin 7.62 mm olması barədə lətifələr zarafat hesab olunurdusa, metro tunellərinin və stansiyaların dərinliyi həqiqət idi. Rekord metr dərinliyi Kiyevin “Arsenal” (105 m) stansiyasına məxsusdur. Bu ən dərin olan Nyu-York metro stansiyasından iki dəfə daha dərindir. Əslində ABŞ-da stansiyalarının əksəriyyətində eskalatorlar lazım deyil, bir-iki pilləkən enməklə stansiyaya düşmək olar.

SSRİ-də dünyanın yeganə tam ötürücülü, üçoxlu yük avtomobili, benzin mühərriklə istehsal olunurdu. “Yekəqarın” adlandırılan Ural-375, 8 slindrli 7 litrlik mühərrikə sahib idi və yüksüz 100 km gediş üçün asfalt yolda 71 litr benzin işlədirdi! Guya bu hərbi yük maşınları, təyin edilən “X” saatında Qərbi Avropada yanacaq doldurma məntəqələrində çənlərini dolduracaqlar. La- Manş Kanalının müdafiəsinin yarılması baş vermədi və “yekəqarın” orduda və xalq təsərrüfatında istifadədə qaldı.

Sovetlərin dağılması səbəbləri barədə müzakirələr aparmaq üçün ilk növbədə əsas amillərdən biri kimi Sovet iqtisadiyyatına hərbi xərclərin təsirini qiymətləndirmək vacibdir. O zamankı SSRİ rəsmilərinin bəyanatlarına baxaq: Şevardnadzeyə (1988) görə, SSRİ hərbi xərclərin həcmi, ümumi daxili məhsulun (ÜDM) 19% -ni , Qorbaçova (1990) görə 20%-ni, Baş qərargah rəisi V. Lobova görə (1991-ci ilin sonu) isə 33%-ni təşkil edirdi.

Belə qiymətləndirmələr çətin ki, etibarlı ola bilsin. Bu hərbi xərclərdən əlavə, ikili təyinatlı texnologiyaların istifadəsi zamanı dolayı xərcləri kim nəzərə aldı? Qeyri-adi istehsal dövrünün xərclərini kim qiymətləndirdi? Müxtəlif sənaye zəncirləri və dağılan sənayelərin işini təmin edən infrastrukturun yaradılması üçün əlavə xərcləri kim hesabladı?

Belə hesablamalar müdafiə sənayesi və milli iqtisadiyyat arasında aydın sərhədlərin olmaması və inanılmaz miqyası səbəbiylə heç kim tərəfindən aparılmayıb.

Kim deyə bilər ki, neçə milyon ton benzin “Ural” mühərrikləri tərəfindən yandırılıb və yük maşını dizel mühərrikləri ilə təchiz olunsaydı nə qədər qənaət oluna bilərdi? Hərçənd ki, əlində dizel mühhərik olduğu halda “yekəqarın” bir mühhərikdən istifadə etmək, onu silahlanmaya və ya istismara qəbul etmək ən azı axmaqlıqdır.

Atom sualtı qayıqlarının ölkənin ortasında inşa edib, 1500 km dənizə və ya okeana daşınmanın nəqliyyat xərcləri nə qədər idi? Nüvə hücumuna tab gətirə bilən bir istehkam qalalarını və emalatxanaların qorunma örtüyünü inşa edərkən əlavə xərcləri kim SNIP-ə görə dəqiq analiz edib və hesablayıb?

Belə olan halda səslənən hərbi xərclərin həcmi yalandır. Əsas sual isə başqadır. Sovet İttifaqını məhv edən “böyük hərbi xərclər” ola bilərdimi? Cavab xeyir. Ola bilməz. Əslində gülməli deyil. Hələ tarixdə heç bir dövlət hərbi xərclərə görə çökməyib.

“Sovet İttifaqının dağılmasına təəssüflənməyənin ürəyi, onun əvvəlki formada yenidən qurulmasını istəyənin isə başı yoxdur”, – deyə Rusiya prezidenti Putin bildirib.

Sovet iqtisadiyyatının qeyri-effektivliyi barədə səsləndirilən nağıllar bizim vaxtımızın bir postulatı halına gəlib. Sanki insanlar açıq-aydın görməyi də unudublar.

“Səmərəsiz iqtisadiyyat” 70 ildən az davam etmədi. Hal-hazırda “birinci dünya”nın bir çox iqtisadiyyatı bu yaşa yaxınlaşıb. Və çətin ki, qlobal bazarlarla bağlı dağıdıcı meyllərin təsiri altında, qloballaşan və standart Avropa demokratik sistemi “İnsan hüquq və azadlıqlarının” pozulması çərçivəsində uzun müddət yaşaya bilsin.

İqtisadi inkişaf valyutanın möhkəmlənməsini qaçılmaz edir və ölkənin investorlar üçün cəlbediciliyinin itirilməsi ilə nəticələnir: pul, müqavilələr və istehsal dərhal ölkəni tərk edir. Bu “Qərb modeli”nin hər hansı bir iqtisadiyyatının məhdudlaşdırılmasıdır.

Müasir dövlətlərin standartlarına görə, SSRİ 70 il tab gətirdi. Eyni zamanda, tarixinin ən dəhşətli müharibəsinin yükünü çiyinlərində daşıdı və insan biliklərinin bütün sahələrində rekord nailiyyətlərə nail oldu. Və “səmərəsiz iqtisadiyyat” adlandırdığımız ağacın meyvələri artıq iyirmi yeddi ildir ki, bizim zamanın bütün “effektiv idarə edilməsinı” saxlayır.

Ümid edirəm ki, aşkar faktları gördükdən sonra səmərəlilik barədə mübahisə etməyə hər hansı bir həvəsiniz qalmayacaq. İndi hərbi xərclərin təsirinə dair sual barədə.

Bu hesablamada, mətbuat orqanlarında müntəzəm olaraq dərc olunan təsdiqlənməyən məlumatlara istinad etmək istəmirəm. Məsələn, bu masada məlumatın həqiqət olduğunu kim təsdiq edə bilər?

Bir çox onilliklər əvvəl MKİ-nin ekspertləri analitik metodlarla SSRİ-nin hərbi xərclərinin miqyasını müəyyən etməyə çalışırdılar. “Komissiya B”nin yekun müdəaları ən ciddi tənqidlərə məruz qaldı. “Araşdırmalar”ın nəticəsi aydın deyil: nəticəni artırmaq, yoxsa əksinə olaraq ikiyə bölmək lazımdır?

Bu gün bir həvəskar səviyyədə bu müvzu ətrafinda düşünməyə çalışmaq ümidsiz bir məşğuliyyətdir. Buna görə də, daha asan hərəkət etməyi təklif edirəm. Bir tərəfdən SSRİ-nin müdafiə xərclərinin həm mütləq, həm də nisbi cəhətdən Avropa dövlətlərinin göstəricilərindən artıq olduğunu bildiririk. Əks təqdirdə, yüz minlərlə tank, kosmos, raket-nüvə qalxanı ola bilməzdi.

Digər tərəfdən, bilirik ki, SSRİ-nin mövcud olduğu dövrdə hərbi-sənaye kompleksinin saxlanılması xərcləri və gələcək müharibəyə hazırlıqla şərtlənən iqtisadiyyatın dolayı xərcləri, bu dövlətin ayrılmaz bir hissəsi olub.

1930-cu illərin ortalarında SSRİ sənayesi dünyanın qalan ölkələrinin birgə istehsal etdiyindən daha çox tank və döyüş təyyarələri istehsal edirdi. Eyni zamanda Sovet İttifaqı bütün qitədə hərbi əməliyyatlar aparmağa və İspaniyadan Formozaya (müasir Tayvan-red.) qədər “hərbi yardım” göstərməyə müvəffəq olurdu.

Bu proseslər hələ güclü sənayenin, öz texnologiyalarının və ən vacibi neft satışından ciddi mənfəət olmadığı şəraitdə baş verirdi.

Lakin o dövrdə heç kim nə iqtisadi böhran, nə də ölkənin dağılması təhdidi haqqında bir şey eşitmirdi.

1940-cı illər, böyük müharibə illəri. Fövqəladə vəziyyət, ölkənin yarısı xarabalıqlarda. Buna görə də təhlil üçün növbəti dövrü götürək.

“Nüvə qalxanımız var. Biz raket qalxanının yaradılmasında ən öndəyik – bizim raketlər dünyanın ən yaxşısıdır. Amerikalılar bizə çata bilmir. … Üçüncü bir şit- Avropada cəmləşən böyük ordular nəyimizə lazımdır? Bu köhnə zibil, metal qırıntısı, pud daşları kimi xalqın boynunda asılıdır, milyonlarla işləyən əl yaradıcı əməkdən kənarda qalır”
Xruşovun KP Mərkəzi Komitəsinin Rəyasət Heyətindəki çıxışından

Bu, sitat Xruşovun xəyalları haqqında deyil, əllərinə silah götürən milyonlarla işçi haqqındadır. Ümumiyyətlə, göstərilən rəqəmlər həqiqətdən uzaq deyildi: 1960-cı ilin yanvarında SSRİ Ali Sovetinin tribunasından Baş katib, SSRİ Silahlı Qüvvələrinin üçdə bir hissəsinin ixtisar ediləcəyini elan etdi. Bir-iki il ərzində ordudan 1 milyon 200 min adam tərxis edildi.

Hər zamankı sadə nisbətdən istifadə edərək 60-cı illərin əvvəllərində SSRİ Silahlı Qüvvələrinin ümumi sayını hesablaya bilərsiniz: 3 milyon 620 min nəfər!

Xatırladaq ki, bu, kosmik yarışın başlanğıcı illəri idi. Karib böhranı, dünyanın hər yerində hərbi əməliyyatlar. Bağlı şəhərlər və “nüvə subyektlərinin” istehsal kompleksləri. Kosmodromların tikintisi. Aviasiyanın “Qızıl Əsri”, KB-nin yeni mövzularda inkişafı – zenit raketləri, Kamov və Mi vertolyotları; tarixdə ilk dəfə okean donanmasının görünməsi.

İndi kimsə izah etsin: əgər SSRİ iqtisadiyyatı XX əsrin əksər hissələrində belə yüklərə davam gətirirdisə, 1980-ci illərin sonlarında nə baş verdi ki, “hərbi xərcləri” birdən-birə ölkəni məhv etdi?

Cavab gün kimi aydındır: “müdafiə sənayesinin” böyük bir ölkənin dağılması faciəsi ilə heç bir əlaqəsi olmayıb.

Zamanı üçün iqtisadi cəhətdən səmərəli bir iqtisadiyyat, gözlənilən yüksək hərbi xərclər, hər hansı bir super gücə xas olan xüsusiyyətlərdir. Hər şey həqiqət olmaq üçün həddən çox yaxşı idi.

Niyə ölkə dağıldı?

Mənim fikrimcə, aydın və məntiqi cəhətdən düzgün izahat belədir:

“SSRİ doğulduğu gündən ölüm gününə qədər qloballaşmanın məqsədi və obyekti idi. Qloballaşma, fəaliyyət xarakterinə görə daha çox dövlətin varlığının və təsirinin güclənməsinə, onun qloballaşmadan kənara çıxması isə sistemli böhranın və dağılmanın ən vacib səbəblərindən birinə çevrilən əsas amildir”.
“Əhali və qloballaşma” kitabı, Rimaşevskaya N.M., Galetskii V.F., Ovsyannikov A.A.

Sadə bir dilə tərcümə edərsək, bu o deməkdir ki, inkişafının hər mərhələsində Sovet İttifaqı yeni və böyük resursları tapmağa məcbur oldu. 30-cu illərdə belə bir resurs ölkənin sənayeləşməsi oldu. Xruşov dövründə – ölkəyə əlavə 50 milyon ton taxıl (50 faiz artım) verən xam torpaqların mənimsənilməsi hesab oluna bilər. Sonra sonsuz neft-qaz dollarının yağışı gəldi. 1980-ci illərin ortalarında isə yeni qaynaqlar mövcud olmadı… Layihələri bağlamaq məcburiyyətində qaldılar.

Hərbi standartlarla yaradılan və fəaliyyət göstərən müəssisələrin xərcləri yeni sahibləri üçün xoşagəlməz bir sürpriz oldu. Böyük sahə = daha böyük torpaq vergisi. Müasir şəraitdə Sovet obyektləri səmərəsizliyin nümunəsidir, çümki onlar fərqli bir dövrə aiddir!

Planlaşdırılan bir iqtisadiyyatda, SSRİ metrolarının necə metr dərinlikdə yerləşməsi və müəssisələrinin neçə hektar sahəni işğal etdiyi maraqlandırmazdı. SSRİ öz konsepsiyasının çərçivəsində hər xərci ödəyə bilirdi.

Yazı Aleksey Dolqanovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır