ABŞ donanması özünün ilk pilotsuz döyüş gəmisi “Sea Hunter”i istifadəyə verib.
Ordu.az CNBC-yə istinadən xəbər verir ki, gəminin hazırlanması və sınaqlarının tamamlanması təxminən 8 ilə mümkün olub.
Onun hazırlanması 20 milyon dollara başa gəlib. Ağırlığı 140 ton, uzunluğu isə 40 metrdir. O, maksimum 50 kilometr/saat sürətlə hərəkət edə bilir.
Qeyd edək ki, 2016-cı ildə gəmi ictimaiyyətə təqdim edildikdən sonra onun iki illik sınaq müddəti başladılmışdır. Müxtəlif sınaqlardan keçirildikdən sonra robot gəmi təzəlikcə ABŞ donanmasına təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır