Домой Xəbərlər Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb

Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb

137
0

Türkmənistan Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, təmir vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.

Qeyd olunub ki, zavodda gəminin sualtı və suüstü hissələri təmizlənib və rənglənib.

Bundan başqa, “Berkarar” gəmisinin hər iki baş mühərriki, dizel generatorları, 6 nasosu təmir olunub. Elektrik sistemləri sazlanıb. Eyni zamanda həm maşın şöbəsində, həm də göyərtdə boruquraşdırma işləri görülüb.

Təmirdən sonra gəmi dəniz sınağından keçib. Sınaq uğurla başa çatdırılıb.

Artıq gəmi sahibinə təhvil verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda güclü gəmi təmiri bazasına malikdir. Həm “Bibiheybət” Gəmi Təmiri Zavodu, həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu mütəmadi xarici ölkələrdən sifarişlər alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here