Gəmiçiliyin strukturlarında Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan tədbirlər keçirilir

850

Beynəlxalq Əmək Təşkilatının (BƏT) müəyyənləşdirdiyi 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturlarında xüsusi tədbirlər keçirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, artıq gəmiçiliyə aid İstehsalat Xidmətləri İdarəsi, “Dənizçi Təmir Tikinti” MMC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirlər baş tutub.

Tədbirlərdə günün əhəmiyyət ilə bağlı əməkdaşlara geniş məlumat verib. Bildirilib ki, bu günün qeyd olunması 2003-cü ildən başlayıb. Həmin vaxt Beynəlxalq Əmək Təşkilatı onu əməyin mühafizəsi, gigiyenası və mədəniyyəti konsepsiyasının formalaşdırılması və müdafiəsi kimi nəzərdə tutub. Ümumdünya Əməyin Mühafizəsi Günü əməyin mühafizəsi üzrə profilaktik tədbirlərdən ibarət olub iş yerində bədbəxt hadisələrin və işçilərin səhhətinin pisləşməsinin qarşısının alınması probleminə həsr olunub.

Ümumiyyətlə, Ümumdünya Əməyin Mühafizəsi Gününün keçirilməsi ideyası ilk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri tərəfindən irəli sürülüb. Onlar təklif ediblər ki, “28 aprel” – iş yerlərində həlak olan və zərər çəkmiş işçilərin “Xatirə günü” kimi qeyd olunsun. Azad Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyası iş yerlərində səmərəli əmək şəraitinin təşkilinə diqqəti daha da cəlb etmək üçün onun əhatə dairəsini genişləndirməklə həmin günü Ümumdünya tədbiri günü kimi qeyd edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır