Yeganə Rusiya aviadaşıyıcısı yeni silahla təchiz ediləcək

185

“Rusiya Silahlı Qüvvələrinin yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetsov” yeni silahlarla təchiz ediləcək”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavini Viktor Bursuk bəyan edib.

“Artıq may ayında işlər başlancaq. Hava hücumundan müdafiə yaxşılaşdırılacaq. Gəmiyə yeni “Pantsir” zenit raket kompleksləri quraşdırılacaq”, – deyə Bursuk bildirib.

O qeyd edib ki, həmçinin gəminin bütün energetik avadanlıqları da yenilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır