“Türk axını”nın I qolunun dəniz hissəsi tamamlanıb

875

“Türk axını” boru kəməri layihəsinin birinci qolunun dəniz hisssəsinin inşası tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “Gazprom” şirkəti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Kıyıköy qəsəbəsində qazı qəbul terminalı inşa olunmaqdadır: “Sahildəki inşa işləri tamamlandıqdan sonra boru kəmərinin I qolunun tikintisi tam başa çatacaq. Boru kəmərinin birinci qolunun dərin sulu hissəsinin inşası “Allseas” şirkətinin “Pioneering Spirit” gəmisi vasitəsilə həyata keçirilib. Bu gəmi bu ilin III rübündə layihənin ikinci qolunun dərin sulu hissəsinin inşasını davam etdirəcək”.

Qeyd edək ki, “Türk axını” layihəsi Qara dənizin dibi ilə iki qoldan ibarət boru kəmərinin inşasını nəzərdə tutur. Kəmərin qollarının hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru xəttinin qollarından biri ilə nəql olunan qaz Türkiyə bazarına, digəri ilə nəql olunan qaz isə Avropa ölkələrinə çatdırılacaq. İkinci qolun həyata keçirilməsi Avropanın Rusiya qazına marağından və bu barədə zəmanətindən asılı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır