Домой Dünyada “Palmali” daha bir türk nəhəngi ilə anlaşdı – İmzalar atıldı

“Palmali” daha bir türk nəhəngi ilə anlaşdı – İmzalar atıldı

61
0

“Palmali” şirkətlər qrupu Türkiyənin taxıl sahəsində fəaliyyət göstərən ən güclü şirkətlərindən biri olan “Tiryaki Qrup” ilə əməkdaşlıq sazişi imzalayıb. 

Modern.az xəbər verir ki, sadəcə Türkiyədə deyil, dünyada da taxıl, paxlalı bitki, eləcə də yağlı toxumlar istehsal edən və bazara çıxaran, sahəsi üzrə ən böyük ticarət şirkətlərindən biri olan “Tiryaki Qrup” və “Palmali” Holdinq arasında imzalanmış razılaşma beş il müddətinə nəzərdə tutulub. 

Məhsulların nəqliyyat məsələsini öz üzərinə götürən holdinq əsas qida və yem ehtiyacının təmin edilməsi üçün malları vaxtında mənzilbaşına çatdıracağına söz verib. Qeyd edək ki, 25 ölkədən məhsul tədarükü edən və 80-dən çox ölkəyə məhsul ixrac edən “Tiryaki” fəaliyyət sahəsini genişləndirərək kənd təsərrüfatı şirkətləri arasında özünə layiqli yer tutub. Türkiyədə taxıl, paxlalı bitki, qurumeyvə, təbii qida və yağlı toxumları emal edərək bazara çıxaran, bazar şərtlərini ən yaxşı şəkildə idarə edən “Tiryaki” bundan sonra öz məhsullarının daşınmasını “Palmali”yə etibar edəcək.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here