ABŞ-dan Yunanıstana ilk LNG partiyası ilin sonunadək çatdırılacaq

624

ABŞ-dan Yunanıstana maye qazın (LNG) ilk partiyası bu ilin sonuna kimi çatdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Yunanıstanın Ekologiya və Energetika Nazirliyindən bildiriblər.

Yunanıstanın DEPA qaz şirkəti ilə ABŞ-ın CHENIERE şirkəti arasında imzalanmış sazişə əsasən, 150 min kubmetr həcmdə qazın çatdırılması dekabrın 29-da baş tutacaq.

LNG yeni istifadəyə verilən “Revetus” LNG stansiyasının anbarına nəql ediləcək.