Домой Xəbərlər Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov BP şirkətinin rəsmiləri ilə görüşüb

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov BP şirkətinin rəsmiləri ilə görüşüb

60
0

Nəqliyyat, Rabitə və Yüksək Nexnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov BP şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini və digər rəsmiləri qəbul edib. 

Qonaqları səmimi salamlayan Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov BP – nin Azərbaycanda reallaşdırdığı layihələrin həyata keçirilməsi zamanı formalaşan qarşılıqlı əlaqər, sıx münasibətlərdən söz açdı. Qüdrət Qurbanov xüsusi olaraq vuruğuladı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizin dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət bu sahədə mövcud inkişafın gerçəkləşməsində mühüm rol oynayır.

 Dövlət Dəniz Agentliyi qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir deyən Qüdrət Qurbanov bildirdi ki, bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyəti təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirilməkdədir.

26 ildir Azərbaycanda fəaliyyət göstəririk deyən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP – nin ölkəmizdə reallaşdırdığı layihələrin gerçəkləşməsi istiqamətində Azərbaycan dövlətinin göstərdiyi diqqəti xüsusi qeyd elədi. O bildirdi ki, BP şirkətinin layihələrinin reallaşması üçün dəstək göstərən dövlət strukturları sırasında Dövlət Dəniz Agentliyinin adı xüsusi çəkilməlidir. Onun sözlərinə bu əməkdaşlığın dayanıqlığı Azərbaycanın BP şirkətinə olan inam və etimadının, BP şirkətinin də siyasi – iqtisadi cəhətdən sabit olan Azərbaycana etibarının nəticəsidir.

Qonaqlar qarşıda duran planlar, gerçəkləşdiriləcək layihələr, texniki parametrlər və bu lahiyələrin reallaşması istiqamətində göstərilməli olan dəstək və digər vacib məsələlər barədə fikirlərini bölüşdülər.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov qanunvericliklə nəzərdə tutulan qanuna müvafiq şəkildə həyata keçiriləcək kompleks tədbirlər, mütəxəssislərin təcrübə mübadiləsi və digər vacib amillərlə bağlı hər zaman dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırdı.

Görüşdən sonra qonaqlar Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi ilə tanış oldular.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here