“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC- Dövlət Miqrasiya Xidmətinin təbliğat-təşviqat kampaniyasına qoşulub

725

Dekabrın 14-də Dövlət Miqrasiya Xidmətində (DMX) bu qurum tərəfindən həyata keçiriləcək əcnəbilər üçün bir aylıq təbliğat-təşviqat kampaniyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, dekabrın 15-dən yanvarın 15-dək davam edəcək məlumatlandırma aylığı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, “Park Cinema” və “Cinema Plus” kinoteatrlar şəbəkəsi, *189 taksi xidməti, “Park Bulvar” ticarət mərkəzi, “Dəfnə-Dalida” restoranlar şəbəkəsi ilə birgə keçiriləcək.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır