Bu ilin əvvəlindən Bakı Limanının ərazisi ilə 25 564 konteyner daşınıb.
“Report” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli bildirib.
Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 45,3% çoxdur.
Liman rəsmisi sərnişin daşımaları barədə də danışıb və deyib ki, hazırda Azərbaycandan Türkmənistana 4 sərnişin gəmisi hərəkət edir.
“Sərnişinlərin sayı artıqca gəmilərin sayının da artırılması nəzərdə tutulur”, – deyə o, qeyd edib.