Bakı Limanının Əsas Yük Terminalı gələn ilin birinci rübündə Ələtdəki limana köçürüləcək

222

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalının 2019-cu il birinci rübündə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi prosesi tamamlanacaq.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli-Abdullazadə AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, artıq Bakı Limanının Əsas Yük Terminalının köçürülməsi işlərinə başlanılıb. Növbəti ildən bütün əməliyyatlar Ələtdə yerləşən yeni Bakı Limanında aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır