ABŞ-ın gəmi əleyhinə raketlər üçün yeni planı nədir? – NI

488

ABŞ dəniz müharibəsində yeniliklər etməyə davam edir, bu dəfəki yenilik gəmiləri raketlərdən qorumaqla bağlıdır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə ABŞ donanması rəsmiləri məlumat yayıb.

Məlumata görə, qayıqlara yerləşdirilmiş robotlar əvvəlcədən müəyyən edilmiş dairədə raket təhlükəsi olub olmadığını müəyyən edəcək və döyüş gəmilərinə məlumat göndərəcək. Bu sayədə gəmilər hazırlaşmaq üçün əlavə vaxt qazanmış olacaqlar.

Donanmanın Araşdırma Mərkəzi bildirib ki, əsas məqsəd yüksək sürətli və qabaqcıl radarlara malik radarlar hazırlamaq və onları dənizin mümkün qədər çox hissəsini görə biləcəkləri şəkildə təchiz etməkdir. Bildirilib ki, dənizdəki təhlükələri müəyyən etmək üçün uçan dronlardan daha çox dənizdə fəaliyyət göstərən texnologiyaya ehtiyac var.