Türkiyədə “Natalia” adlı gəmi İstanbul sahillərində qəzaya uğrayıb

465

Dekabrın 19-da Qara dənizin İstanbulun Şile rayonu sahillərində Komor Adalarına məxsus “Natalia” adlı karqo gəmisi qəzaya uğrayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, şiddətli fırtına nəticəsində saya oturan gəminin 16 nəfərlik heyəti köməksiz qalıb.

Hadisə ilə əlaqədar xilasedici qüvvələr gəminin saya oturduğu əraziyə göndərilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır