22 dekabrdan İrandan 17 məhsulun ixracı qadağan edildi

123

22 dekabrdan İrandan kərə yağı, müxtəlif dənli bitkilər, bəzi kənd təsərrüfatı məhsullarının ixracı qadağan edilib.

Trend-in məlumatına görə, bu barədə İran Gömrüyünün İxrac İdarəsinin baş direktoru Əli Əkbər Şamani bildirib.

Məlumata əsasən, bazarı təmin etmək və tənzimləmək məqsədilə kərə yağı, noxud, göy noxud, qaragöz lobya, lobya, qırmızı lobya və sair lobyalar, mərci, paxla və digər dənli bitkilərin ixracı qadağan edilib.