Çin JL-3 ballistik raketlərini sınaqdan keçirib

401

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin hərbi mənbələri məlumat yayıb.

Məlumata görə, sınaq Bohay dənizində ənənəvi sualtılardan birində keçirilib. Lakin onların “Type 094”ləri əvəzləyəcək “Type 096” sualtılarında istifadə olunacağı gözlənilir.

Bəzi spekulyasiyalara görə bu raketlər nüvə başlıqları da daşımaq bacarığına malikdir. ABŞ kəşfiyyatının məlumatına görə bu raketlərin mənzili 9 min km-dən çoxdur.