Домой Dünyada Gürcüstan üzərindən tranzit yük daşımaları azalıb

Gürcüstan üzərindən tranzit yük daşımaları azalıb

55
0

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan ərazisi vasitəsilə 33,2 mln. ton tranzit yük daşınıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin hesabatında deyilir.

İllik müqayisədə qonşu ölkə üzərindən daşınan tranzit yüklərin həcmi 200 min ton azalıb.

İlin ilk 10 ayı ərzində yüklərin böyük həcmi 24,8 mln. ton olmaqla avtomobil yolları ilə daşınıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 0,2 mln. ton çoxdur.

Dəmir yolu vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,5 mln. ton azalaraq 8,3 mln. ton təşkil edib.

Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə ötən ilin analoji göstəricisi ilə müqayisədə 7,1 mln. ton azalaraq 21,4 mln. ton təşkil edib.

Dəniz liman və terminalları vasitəsilə, ümumilikdə, 12,3 mln. ton yük daşınıb ki, illik müqayisədə göstəricidə 1,3 mln. ton azalma qeydə alınıb.Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissə

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here