Домой Xəbərlər Dəniz Akademiyası alimlərinin 2018-ci ildəki elmi-tədqiqat fəaliyyətinin nəticələri açıqlanıb

Dəniz Akademiyası alimlərinin 2018-ci ildəki elmi-tədqiqat fəaliyyətinin nəticələri açıqlanıb

59
0

2018-ci ildə elmi-tədqiqat fəaliyyəti


DenizXeber.az  Azərbaycan Dövlət DənizAkademiyasının saytına istinadən məlumat verir ki, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyası alimlərinin elmi-tədqiqat fəaliyyətinin yekunları açıqlanıb. Hazırda ADDA-da “Su nəqliyyatının problemləri” istiqaməti altında 5 elmi-tədqiqat mövzusu üzrə iş aparılır. Bu işlər AMEA-nın əsas nəticələri haqqında hesabatına daxil edilir.

“Gəmilərin konstruktiv möhkəmliyi, təhlükəsizliyi, üzmə keyfiyyətlərinin, istehsal və təmir texnologiyalarının effektivliyinin yüksəldilməsi” (“Gəmiqayırma və gəmi təmiri” kafedrası), “İstismar parametrlərinin gəmi dizellərinin işinə təsirinin tədqiqi yolu ilə onların rasional qiymətlərinin seçilməsi” (“Gəmi energetik qurğuları” kafedrası), “Gəmi köməkçi mexanizmlərinin texniki göstəricilərinin yüksəldilməsi” (“Gəmi elektroavtomatikası” kafedrası), “Mn və Sm qatqılı GaSb birləşməsinin elektrofiziki xassələrinin öyrənilməsi” (“Tətbiqi mexanika” kafedrası) və “Azərbaycanda multikultural proseslərin tarixi-fəlsəfi, sosial-iqtisadi və siyasi-hüquqi aspektləri” (“Humanitar fənlər” kafedrası) elmi-tədqiqat mövzuları üzrə müvafiq hesabatlar artıq AMEA-ya təqdim edilib.

Bu il kafedralarda 5 dissertasiya işinin aprobasiyası keçirilib. Onlardan 3-nün sənədləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilib. 3319.03-«Gəmiqayırma və gəmi təmiri» ixtisası üzrə 1 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müdafiə edib.

Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ADDA cari ildə 3 dəfə aparıcı müəssisə kimi seçilib. 

Bu gün Akademiyamızda 6 elmlər doktoru və 31 elmlər üzrə fəlsəfə doktoru çalışır. 2018-ci ildə onların Azərbaycanda 104, xarıcdə isə 20 elmi məqaləsi dərc olunub. Daha 10 elmi iş isə xarici elmi nəşrlər tərəfindən çapa hazırlanır. 22 elmi məqalə Skopus bazasına daxil olan elmi jurnallarda işıq üzü görüb.

«Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Əsərləri” jurnalının il ərzində iki nömrəsi çap olunub.  İSSN 2220-1025 indeksi altında təsdiqlənmiş elmi-texniki jurnalımız Ali Attestesiya Komissiyasının dövri elmi nəşrləri siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir. Məqalələr AAK-ın tələblərinə uyğun olaraq çapa hazırlanır.  2018-ci ildən etibarən elmi jurnalımız internet saytımızda elektron versiyada yerləşdirilir. 

ADDA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XIII Beynəlxalq elmi-texniki konfrans keçirilib. Geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali məktəbi və AMEA-nın elmi-tədqiqat institutları ilə yanaşı, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Qazaxıstan,  Gürcüstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər qatılıblar.  Onlar konfransa 100-dən çox elmi məruzə təqdim ediblər. Bunun əsasında XIII Beynəlxalq elmi-texniki konfransın Məruzə Materialları dərc olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2018-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransının yekunlarına əsasən Tezislər Toplusu da çapdan çıxıb.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here