“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq tender elan edir

193

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “S.Babayev” yedək gəmisinin əsaslı təmiri işlərinin satınalınması məqsədilə açıq tender elan edir

 Tenderdə iştirak  üçün təqdim edilməli sənədlər:tenderdə iştirak etmək üçün yazılı müraciət;iştirak haqqının ödənilməsi barədə bank sənədi;tender təklifi. Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.                                                                                                                        
 İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidirlər. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bəndində göstərilən tarixədək həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər. İştirak haqqı 300 manatdır (ƏDV daxildir).İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları və Avro ilə ödənilə bilər. Hesab nömrələri:Bank rekvizitləri- ,, Kapital bank”in 1 saylı Səbail filialıKod- 200059M/h-AZ37NABZ01350100000000001944VÖEN- 9900003611SWIFT: AIIBAZ2XBeneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət LimanıBeneficiary account: AZ27AIIB33010019443500206105VÖEN- 9900065281 Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. 
 Əsas şərtlər toplusunu alan malgöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;mənşə və uyğunluq sertifikatları;digər sənədlər.Yuxarıdakı sənədlər 23 yanvar 2019-cu il saat 18.00-a qədər  göstərilən ünvana təqdim edilməlidir.
 Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır: tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 1 fevral 2019-cu il saat 18.00-a qədərgöstərilən ünvana təqdim edilməlidir.Həmin vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
 Müsabiqədə tətbiq edilən qaydalar və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:tender Bakı Limanı baş direktorunun 21 dekabr 2016- cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir.Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququna malikdir.
 Satınalan təşkilatın ünvanı:Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 72. 
 Əlaqələndirici şəxs- Hacıyeva Aytəkin Əvəz qızı, satınalmalar şöbəsinin aparıcı mütəxəssisi,telefon nömrəsi- +994 12 498-91-84. e-mail: ahajiyeva@portofbaku.com 
 Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:Zərflər 4 fevral 2019-cu il,  Bakı vaxtı ilə saat 17.00-da  elanın VI bölməsində göstərilən ünvanda açılacaqdır.
 Təkliflərin müqayisə edilməsi  və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir:qiymət;keyfiyyət;təcrübə;maliyyə vəziyyəti və s.
 Müqavilənin yerinə yetirilməsi müddəti:Satınalma müqaviləsinin 90(doxsan) gün müddətində yerinə yetirilməsi tələb olunur.