Cənubi Koreyanın ixracında yeni rekord qeydə alınıb

708

Cənubi Koreya bu il ölkə tarixində rekord məbləğdə – 600 milyard ABŞ dollarından çox məhsul ixrac edib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi məlumat yayıb. Cənubi Koreya ABŞ, Almaniya, Yaponiya və Çindən sonra 600 milyard dollarlıq ixrac səviyyəsini ötən beşinci ölkədir. Bildirilir ki, Asiyanın dördüncü böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracı orta hesabla hər il 16 faiz artıb. 1948-ci ildə ölkənin ixracı cəmi 19 milyon dollar səviyyəsində olub.

Cənubi Koreya il ərzində əsasən telekommunikasiya avadanlığı, xüsusən yarımkeçiricilər, habelə mexanizmlər, neft-kimya məsulları ixrac edib. İl ərzində xaricdəki müştərilərə 100 milyardlıq çip satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır