Avtomobil daşıyan gəmi okeanın ortasında yanır

785

Yaponiyadan Havay adalarına avtomobil daşıyan gəmi Sakit okeanın tən ortasında yanmağa başlayıb.

Virtualaz.org “Hawaii News Now” nəşrinə istinadən xəbər verir ki, gəminin yerləşdiyi yerdən ən yaxınlıqda olan quruya – Oaxu adasına qədər məsafə 3500 kilometr təşkil edir.

Gəminin göyərtəsində 21 nəfərin olduğu bildirilir. Onlardan dördü artıq xilasedici qayıqla gəmini tərk ediblər, yerdə qalanları isə alovu söndürməyə çalışır. Hadisə yerinə ABŞ sahil mühafizə qüvvələrinin “HC-130 Hercules” təyyarəsi göndərilib.

Bildirildiyinə görə, 200 metr uzunluğunda “Sincerity Ace” gəmisi Panama bayrağı altında üzür.