Домой Xəbərlər XXI əsrin Hacı Zeynalabidin Tağıyevi – Mübariz Mənsimov

XXI əsrin Hacı Zeynalabidin Tağıyevi – Mübariz Mənsimov

84
0

Onu Azərbaycana gətirən vətən yanğısı, vətən sevgisi olub. Gətirdikləri də apardıqlarından həmişə ağır gəlib. Yaratdığı müəssisələrin demək olar ki, hamısı ziyanla işləyib, amma o, həmin müəssisələri bağlamağa tələsməyib. Müəssisə bağlandısa, işsizlərin sayı artacaq, ailəsinə pul-para aparanlar azalacaq… 
Xaricdə yaşayan yüzlərlə ondan da imkanlı soydaşımız var. Aralarında tək-tək iş adamı tapılar ki, onun qədər xalqına xidmət göstərmiş olsun…
Onun nə alıb, nə satdığı, hardan varlandığı elə də önəmli deyil, önəmli olanı odur ki, bu insan təpədən dırnağa vətənpərvərdir. Yıxılanı qaldırmağı, imkansıza əl tutmağı, ağır xəstəyə şəfa tapması üçün yardım etməyi bacarırsa, deməli böyük ürəkli insandır…
O, 1968-ci ildə Bakı şəhərində dünyaya gəlib. Əslən Masallı rayonunun Miyankü kəndindəndir. Atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra il yarım gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupuna rəhbərlik edir. Bu şirkətin 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür…
…Bəli, Mübariz Mənsimov Azərbaycan xalqının böyük ürəkli oğullarından biridir. Əməlləri, səxavəti ilə xalqın arasında sevgi qazanıb, böyük hörməti var…
Əgər XX əsrdə Azərbaycanın Hacı Zeynalabidin Tağıyevi var idisə, XXI əsrdə bu böyük missiyanı hələ ki, o, davam etdirir. Allah bu səxavəti ona çox görməsin!..

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here