Çanaqqalada tapılan tarixi gəmi lövbəri

954

Çanaqqala vilayətinin Lapseki qəsəbəsi sahillərində 3 ton çəkisi olan tarixi gəmi lövbəri tapıldı.

Çanaqqala vilayətinin Lapseki qəsəbəsi sahillərində 3 ton çəkisi olan tarixi gəmi lövbəri tapıldı.

Lapsekidə gəmilərin yanalma körpüsündəki tikinti işləri yekunlaşandan sonra  dəniz dibində üzən dalğıçlar yanalma körpüsünün 10 metr yaxınlığında böyük bir gəmi lövbərinin olduğunu aşkarladı.

Dənizdən kranla çıxarılan və 3 ton çəkisi olan lövbərin zaman ərzində köhnələn hissələri təmizlənərək boyandı.  

Çanaqqala valisi Orxan Tavlı və nümayəndə heyəti dənizdən çıxarılan lövbəri tədqiq etdi.

Təqribən 100 illik olduğu güman edilən gəmi lövbəri lazım olan tədqiqat və rəsmi işlərdən sonra Lapseki gəmi yanalma körpüsünün qarşısında nümayiş etdiriləcək.