Rusiya Baltik dənizində üzən maye qaz terminalını işə salıb

558

Rusiya Baltik dənizinin Kalininqrad vilayəti sahilində yeni üzən maye qaz terminalını istismara verib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, dəyəri 895 milyon ABŞ dollarına yaxın olan layihə Rusiya Prezidenti Vladimir Putin tərəfindən anklav bölgəsinin alternativ olaraq dəniz yolu ilə maye qazla təchizatını təmin etmək məqsədi ilə verilən göstərişə əsasən həyata keçirilib.

Terminal işə salındığı vaxt Rusiyanın “Qazprom” dövlət şirkəti qonşu ölkələrin ərazisindən keçən Minsk – Vilnüs – Kaunas – Kalininqrad qaz kəməri ilə tranziti dayandırdıqlarını açıqlayıb.