Домой Dünyada Çanaqqala boğazından keçən gəmidə baş verən yanğın söndürülüb

Çanaqqala boğazından keçən gəmidə baş verən yanğın söndürülüb

36
0

Yanvarın 9-da Türkiyə vaxtı ilə saat 22:30-da Çanaqqala boğazının Gocuk burnu yaxınlığında “Qezban” adlı quru yük gəmisinin mühərrik hissəsində baş verən yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın Lavrion limanından Türkiyənin Yalova limanına doğru hərəkət edən “Qezban” gəmisində baş verən yanğın Çanaqqala boğazında hərəkətə mane olmayıb. Bildirilir ki, yanğına çevik müdaxilə sayəsində təhlükə aradan qaldırılıb.

Qeyd edək ki, Türkiyənin dövlət bayrağı altında üzən və 193 metr uzunluğu olan “Qezban” gəmisi 2010-cu ildə inşa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here