Домой Dünyada Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb

Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb

37
0

Fransanın şimalında, Vissan şəhəri yaxınlığında Birinci Dünya müharibəsinə aid UC-61 alman sualtı qayığının qalıqları tapılıb.

Bu barədə “Report” “La Voix du Nord” nəşrinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, sualtı qayıq dənizdə güclü çəkilmə sayəsində aşkar edilib. UC-61 1917-ci ilin iyulunda suyun dayaz yerində ilişib.

“O, burada sahilə “oturub”, çünki bu, mina gəmisi idi. Onun vəzifəsi minaları təyin etməkdən ibarət idi” – deyə qəzet bildirib.

Həmin vaxt sualtı qayığın 25 nəfərlik heyət üzvü təxliyyə edilib. Sualtı qayıq partladılıb ki, düşmənin əlinə keçməsin. 

Daha əvvəl ABŞ-ın Miçiqan gölündə çimən iki qız Birinci Dünya Müharibəsindən qalmış bomba tapıb.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here