Домой Dünyada Yaponiya sahillərində KXDR qayığı saxlanılıb

Yaponiya sahillərində KXDR qayığı saxlanılıb

67
0

 Yaponiya sərhədçiləri bazar günü KXDR-dən üzüb gəldiyi ehtimal edilən 15 metrlik qayıqda olan iki balıqçını saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, gəmi Honsyu adasının Aomori prefekturasının Fukaura şəhəri sahilindən 1,5 km məsafədə aşkar edilib.

Bildirilir ki, şxun Yaponiyanın sahil mühafizə gəmisi tərəfindən yedəyə alınıb.

Balıqçıların öz ölkələrinə qayıtmaq istədikləri bildirilir. Hazırda onların deportasiya edilməsi məsələsinə baxılır.

Daha əvvəl İtaliyaya məxsus “Grande Tema” yük gəmisi miqrantlar tərəfindən ələ keçirilib.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here