Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

428

Türkiyənin Sahil Təhlükəsizlik Qüvvələri Kuş adası yaxınlığında batmaqda olan qayıqdan 40 qaçqının həyatını xilas edib.

AZƏRTAC xəbər verir ki, qayıqda 4 yaşlı uşağın meyiti tapılıb. Xilas edilən qaçqınlar müayinə və tibbi yardım üçün Kuş adası dövlət xəstəxanasına yerləşdiriliblər. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır