DenizXeber.az Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki,
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur
“SU NƏQLİYYATININ PROBLEMLƏRİ”
XIV Beynəlxalq elmi-texniki konfrans
2 – 3 may, 2019-cu il, Bakı
Təşkilatçı: Azərbaycan Dövlət Dəniz Akademiyası
İştirakçılar: Professor-müəllim və aparıcı mütəxəssis heyəti
Konfransın əsas istiqamətləri:
Gəmiqayırma və gəmi təmiri texnologiyası
Gəmiçilik və su nəqliyyatının istismarı
Gəmiçilik texnikası
Gəmiçilikdə təbiət elmlərinin problemləri
Gəmiçilikdə humanitar və dilçilik problemləri
Təqdim olunacaq tezis və məruzələrin adlarının kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 25-dək, tezis və məruzələrin mətnlərinin isə “ADDA-nın Elmi əsərləri” məcmuəsinin tələblərinə uyğun olaraq, mart ayının 15-dək Elmi-tədqiqat qrupuna təqdim olunması zəruridir.
Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç., 18, ADDA;
e-mail: science-asma@rambler.ru, faks:(0994-12)493-75-21,tel.:493-75-21, 493-36-44 (223).
Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap olunması nəzərdə tutulur. Konfransın materialları XIV Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc olunacaqdır.
Jurnal İSSN indeksi altında təsdiqlənib və AAK-ın dövri elmi nəşrlər siyahısına daxildir.
Ətraflı məlumat üçün Elmi-tədqiqat qrupuna müraciət etmək olar.