Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir

87
0

Türkiyə ərazisində davam edən qeyri-sabit hava şəraiti müxtəlif bölgələrdə fəsadlar törədir.

AZƏRTAC xəbər verir ki, ölkə ərazisində güclü külək və leysan yağışlar bir sıra problemlər yaradıb. Belə ki, Adananın Karataş bölgəsində Seyhan çayının daşması Adana-Tuzla-Tarsus-Mersin avtomobil yolunun bağlanmasına səbəb olub. Bir çox əkin sahələri daşqından zərər çəkib.

Muğla bölgəsində sürəti saatda 70 kilometrə çatan külək qeydə alınıb. Dənizdə yaranan iri dalğalar limandakı kiçik gəmilərə təsirsiz ötüşməyib. 18 metr uzunluğu olan “Benek” adlı gəzinti gəmisi dəniz sularının altında qalıb.

Axşam saatlarında ölkə ərazisində küləyin sürətinin azalacağı gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır