“Wardeh” quru yük gəmisi Mersin sahillərində quma oturub

499

Livanın dövlət bayrağı altında üzən “Wardeh” quru yük gəmisi Türkiyənin Mersin sahillərində quma oturub.

AZƏRTAC xəbər verir ki, hadisəyə səbəb güclü külək və fırtınadır. İdarəolunmaz hala düşən gəmi sahilə təxminən 500 metr məsafədə quma oturub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır