Bakı Limanı avtomatlaşdırma üzrə mühəndis və statistik vəzifələri üzrə vakansiyalar elan edir

157
0

Bakı Limanı üçün port əməliyyatları və liman idarəçiliyinin müxtəlif sahələrini təmsil edən 600-dən çox mütəxəssis işləyir. Sağlam və mehriban iş mühiti, karyera inkişafı, təlimlər və peşə inkişafı üçün imkanlar təklif edirik. 

Məqsədimiz Avrasiya regionunda nəqliyyat və logistika mərkəzi olmaq və ölkəyə ən yaxşı təcrübələr gətirməkdir.

Xahiş edirik CV-nizi iş imkanları üçün HR@portofbaku.com ünvanına göndərin.

Mövcud vakansiyalar:

1. VAKANSİYA

VƏZİFƏ: AVTOMATLAŞDIRMA ÜZRƏ MÜHƏNDİS

Əsas vəzifə və öhdəliklər:

  • Tezlik çeviricilərin istifadəsinə əsaslanan müasir avadanlıqların idarəetmə sistemlərinin nəzarət və tənzimlənməsi.
  • Elektrik maşınları və nəzarət cihazlarının xidməti və təmiri (qaldırıcı qurğular)
  • Müvafiq hesabatlar hazırlamaq və qeydlər aparmaq.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilləri əla

Təhsili: ali, mühəndis

Yaş həddi : 25-45 yaş
İş təcrübəsi: müvafiq sahədə ən azı 3 il təcrübə

Proqram təminatı: MS Office,  VMware-workstation, Simatic Step 7

Bilməlidir:

  • Elektrik dövrə avadanlığını oxumaq və anlamaq qabiliyyəti.
  • Elektrik dövriyyəsinin qorunması üçün kabellər və avadanlıqların hesablanması bacarığı və bilikləri

PLC haqqında biliyə malik olmaq (proqramlaşdırıla bilən məntiq nəzarətçiləri, tezlik çeviriciləri və proqram təminatının əsasları)

2. VAKANSİYA

VƏZİFƏ: STATİSTİK

Əsas vəzifə və öhdəliklər:

  • Terminallar, istiqamətlər və yükün növü üzrə yükaşırmaların aylıq statistik hesabat məlumatlarını toplamaq;
  • Limana daxil olan gəmilərin statistik hesabat uçotunu tərtib etmək;
  • Statistik uçotun məlumatları əsasında müxtəlif arayışlar hazırlamaq;
  • Liman üzrə görülmüş işə görə aylıq gəlirin hesabatını tərtib etmək, aylıq gəliri müvafiq proqram təminatında yoxlamaq;
  • Dövlət Statistika komitəsinə müvafiq hesabatları tərtib etmək;

Bilməlidir:

  • İqtisadi statistikanın əsaslarını;
  • Statistik uçot və hesabat üzrə ilkin sənədlərin formalarını və onların doldurulması qaydalarını;
  • Hesablama texnikasının istismarı qaydasını.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Rus dili əla, ingilis dili arzuolunandır.

Təhsili: ali təhsilli

Yaş həddi : 25-45 yaş
İş təcrübəsi: müvafiq sahədə ən az 1 il təcrübə

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini hr@portofbaku.com elektron ünvanına göndərə bilərlər.