“Trammo” şirkətinin rəhbəri yeni Bakı Limanı barədə məlumatlandırılıb

451

ABŞ-ın “Trammo” şirkətinin prezidenti və baş icraçı direktoru Edvard Vayner yeni Bakı Limanı barədə məlumatlandırılıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, E.Vaynerə Ələt qəsəbəsindəki yeni Bakı Limanının iş prinsipi, fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verilib.

Qeyd edək ki, “Trammo” şirkəti dünya miqyaslı əmtəə məhsullarının marketinqi, ticarəti və daşınması ilə məşğul olan qabaqcıl şirkətlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır