Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

373

Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan Trend-ə verilən xəbərə görə, saat 12.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.