Amerika eskadra mina gəmisini Qara dənizə göndərib

456

 ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “USS Donald Cook” eskadra mina gəmisi Qara dənizə yola düşüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ HDQ-nin altıncı donanmasının mətbuat xidməti məlumat yayıb.

“USS Donald Cook” yanvarın 19-da şimal istiqamətində Dardanel boğazını keçməyə başlayıb, o, dənizdə təhlükəsizliyin təmin olunması, sabitliyin möhkəmləndirilməsi və NATO üzrə müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımız ilə birgə hazırlıq əməliyyatları həyata keçirmək üçün Qara dənizə gedir”, – deyə məlumatda bildirilir.