Ötən il dəniz limanlarında 9 milyon tondan çox yükləmə-boşaltma işləri həyata keçirilib

401

2018-ci ildə dəniz limanlarında 9 milyon 902,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 9 milyon 343,3 min tonunu və ya 94,4 faizini tranzit yüklər təşkil edib.

Bu il yanvarın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 232,5 min ton olub.

Ötən il dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 2017-ci ilə nisbətən 8,2 faiz azalaraq 15,7 min nəfər təşkil edib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır