Mübariz Mənsimovdan həmvətənlərinə daha bir jest: gəlin bizimlə çalışın

581

Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsimov daha bir jestlə yadda qalıb.

AnTV.az xəbər verir ki, Türkiyədə yaşayan məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov azərbaycanlılara müraciət edib. O müraciətində işsizlikdən əziyyət çəkən həmvətənlərimizə üzüldüyünü və ona göndərilən bütün mesajları tək-tək oxuduğunu bildirib:

“Dəyərli dostlarım, bacılarım və qardaşlarım. Mənə hər zaman müraciətlər edirsiniz. Hamısını tək-tək oxuyuram. Sizin ürəksızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz.

Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik”.

Tanınmış iş adamı rəhbəri olduğu “Palmali” Şirkətlər Qrupuna məxsus gəmilərdə çalışan ümumi işçilərin 60 %-inin Azərbaycan vətəndaşları olduğunu da diqqətə çatdırıb:

“Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərin 60%-i həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır”. 

M.Mənsimov işsiz insanlara Bakıdakı nümayəndəsi ilə əlaqə saxlayıb özlərinin təşkil etdikləri kurslara yazılmağı məsləhət görərək bildirib ki,  kursu bitirdikdən sonra onları öz gəmilərində işlə təmin edəcəyini söz verib. Müraciəti olduğu kimi sizə təqdim edirik:

Mübariz Mənsimovun xalqa müraciəti