Aralıq dənizində xilas edilən miqrantlar və qaçqınlar Liviyaya geri qaytarılmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasında bildirilir.
Komissarlıq Aralıq dənizində xilasetmə tədbirlərinin səmərəli şəkildə bərpası məqsədilə dövlətləri təxirə salınmadan vəziyyətə müdaxilə etməyə çağırıb.
İtaliyanın daxili işlər naziri Matteo Salvini isə xilas edilmiş miqrantların Liviyaya geri göndərilməli olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır